Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






11ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

06 - 08 oktyabr, 2017

SAHƏNIN BÜTÜN PROFESSIONALLARINI BİR ARAYA GƏTİRƏN UNİKAL İŞGÜZAR PLATFORMA

11-ci AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİNDƏ İŞTİRAK ETMƏYİN 5 ƏSAS SƏBƏBİ:

  1. Azərbaycanda ən böyük təhsil sərgisi
  2. 10 000-dən çox ziyarətçi, qısa müddət ərzində 16-30 yaş hədləri arasında potensial auditoriyanı maksimum şəkildə əhatə etmək imkanı: üç gün ərzində xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynləri, eləcə də təhsil agentləri, müştərilər və s. ilə intensiv danışıqlar və görüşlər.
  3. Genişmiqyaslı reklam kampaniyası. Sərginin üç iş günü ərzində təşkilatçılar tərəfindən media vasitələrindən istifadə etməklə həyata keçirilən reklam kampaniyası sizin hədəf ziyarətçilərini birbaşa Sizin stendinizə gətirəcək.
  4. Bakı şəhəri və regionlarda yerləşən orta və ali məktəb tələbərinin kütləvi iştirakının təşkil edilməsi
  5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi

 

Əminəm ki, 10-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri ölkəmizin gələcək inkişafı naminə yeni layihələrin reallaşdırılmasına, təhsilimizdə strateji hədəflərin yaxınlaşdırılmasına, təhsil müəssisələri ilə təhsilalanların əməkdaşlıq imkanlarının genişlənməsinə, qloballaşan dünyamızın hüdudsuz təhsil imkanlarından hər kəsin yararlanmasına yeni töhfələr verəcək, həm təhsilverənlər, həm də təhsilalanlar üçün öyrənmə və birgə fəaliyyət üçün əlavə imkanlar yaradacaqdır.

“Təhsil” və “Karyera” sərgilərinin iştirakçılarına və qonaqlara işlərində uğurlar arzulayıram.

Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi beynəlxalq tədbiri çox əhəmiyyətli hesab edirik. Sevindirici hal ondan ibarətdir ki, biz ənənəvi keçirilən tədbirə olan marağın ildən ilə artmasının şahidiyik. Müasir dünyada hər bir cəmiyyətin potensialı, gücü onun yüksək səviyyəli kadrlar, mütəxəssislərin hazırlanmasından asılı olduğu kimi eyni zamanda, hər bir gəncin gələcəkdə karyera inkişafı, karyera uğuru məhz təhsildən başlayır. Biz hesab edirik ki, belə tədbirlərdə Azərbaycan ali təhsil müəssisələri, Azərbaycanın təhsili ümümilikdə, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli idarəetmə modellərinin tətbiqi, tələbələrin işəgötürənlər ilə daha sıx əməkdaşlıq baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti hər zaman olduğu kimi, son illərdə də Azərbaycan təhsil müəssislərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, Azərbaycan məzunlarına, tələbələrinə, dünyanın ən yüksək standartlar uyğun təhsil imkanlarının yaradılması istiqamətində davamlı işlər görür.

Ceyhun Bayramov, Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini

 

Biz sərgiyə Ammandan gəlmişik və bu tədbirdə ölkənin aparıcı təhsil müəssisəsi və regionun qabaqcıl analoji strukturlarından biri olan Kral Akademiyasını təqdim edirik. Akademiya Kral II Abdullanın bitirdiyi Dirfild (Deerfield) Akademiyasının modelidir. Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır və sevindirici haldır ki, yayda təhsil müəssisəmizə gəlmiş Azərbaycanlı tələbələr artıq bizim Akademiyada təhsil alırlar. Bu tələbələrin bəzisi ərəb dilinin öyrənilməsində uğurlar əldə etmişdir.

Rim Masri, Kral Akademiyasında tələbə qəbulu üzrə dekan müavini

 

Biz sərgidə ilk dəfə olaraq Azərbaycan bazarına daxil etdiyimiz məhsulu geniş ictimaiyyətə təqdim etmək niyyətindəyik. Biz təhsil almaq, ixtisas artırmaq və ya (yeni ixtisas qazanmaqla) ixtisas dəyişdirmək niyyətində olan hər kəsi qəbul etməyə hazırıq. Beləliklə, sərginin profili bizim üçün tam uyğundur. Paralel olaraq, Akademiyanın nəzdində 8 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş Kiçik Kompyuter Akademiyası da fəaliyyət göstərir. Uşaqlar bizim akademiyada əsas kompyuter texnologiyaları və əsas proqramlarla yanaşı, aktual texnologiyaları da öyrənə bilərlər.”

Aleksey Sleptsov, “Step” İT Akademiyasının Azərbaycan filialının direktoru

 

Bizim Universitetdə Azərbaycanlı tələbələr də təhsil alırlar. Onların sayı hər il sabit olaraq iyirmi nəfər təşkil edir. Onlar əsasən magistr dərəcəsi üzrə təhsil alır və beynəlxalq hüquq, iqtisadiyyat və biznesin idarə olunması fakültələrini seçirlər. Hətta qeyd edə bilərəm ki, bizim universitetdə akademik karyera seçimi etmiş, doktorantura proqramı üzrə təhsil alan və öz fəaliyyətini universitetimizdə davam etdirmək niyyətində olan bir Azərbaycanlı tələbə də təhsil alır. Biz Azərbaycanlı tələbələrdən razıyıq. Onların hamısı Vilnüs Universitetindəki tədris prosesində “Erasmus Plus” proqramı üzrə və ya universitetlər arasında ikitərəfli razılaşmaya əsasən təhsilin müəyyən hissəsini Avropada davam etdirmək, eləcə də Avropa ölkələrindən birində təcrübə keçmək imkanı əldə ediblər.

Düşünürəm ki, biz bu sərgi sayəsində daha çox sayda Azərbaycanlı tələbəni Vilnüs Universitetində təhsil almağa cəlb edə biləcəyik.

İnqrida Kelpşaite, Vilnüs Universitetində xarici tələbələrin qəbulu üzrə koordinator

 

Sərgi ziyarətçilərinin çoxluğu gənclərin biliyə və Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda təhsilin alternativ növlərinə maraq göstərdiklərini sübut edir. Güman edirəm ki, sərgi bizim məktəbin fəaliyyəti barədə gənc nəslin məlumatlandırılmasına kömək edəcək.

Bəyim Məmmədova, “British School in Baku” məktəbinin assistenti

 

DƏSTƏK

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI

ASK

AZPROMO




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/03/2017 28/03/2017
USD 1.7201 1.7201
EUR 1.8654 1.8691
GBP 2.1549 2.1619
RUR 0.0302 0.0303
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek